Ana Sayfa > Karusel / Dünya > Tramp Ukraynaya yardımın dondurulması ilə bağlı görüş keçirəcək
Tramp Ukraynaya yardımın dondurulması ilə bağlı görüş keçirəcək3-03-2025, 22:33. Yazar: Admin |
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günortadan sonra Ukrayna ilə bağlı böhranla bağlı növbəti addımlar, o cümlədən ABŞ-nin hərbi yardımının mümkün dayandırılması ilə bağlı görüş keçirəcək. Qarabaginfo.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Axios” potralı məlumat yayıb. Mənbələr bildiriblər ki, görüşdə Trampla yanaşı, vitse-prezident Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və digər yüksək vəzifəli məmurların iştirakı gözlənilir. Xatırladaq ki, Ağ Evdə keçirilən Tramp-Zelenski görüşü xüsusilə Zelenskinin Putinin əvvəlki razılaşmaları pozduğunu və ona etibar edilə bilməyəcəyini deməsindən sonra gərginləşib. Geri dön |