Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Kriminal > Ötən ay dövlət sərhədinin pоzulmasına görə 22 əcnəbi saxlanılıb - FOTO
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 22 əcnəbi saxlanılıb - FOTO3-03-2025, 13:16. Yazar: Admin |
Bu ilin fevral ayında Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədini pоzduqlarına görə 30 nəfər saxlanılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatında deyilir. Onların 8-i Azərbaycan, 10-u Pakistan, 4-ü Mərakeş, 1-i Əfqanıstan, 1-i Əlcəzair vətəndaşı olub. O cümlədən 6 nəfər İran İslam Respublikası vətəndaşı 3 ədəd “Layner” tipli üzmə vasitəsində dövlət sərhədini pozaraq külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərərkən Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində saxlanılmışdır.
Geri dön |