Ana Sayfa > Karusel / Hadisə > Bakıya gətirilən bahalı avtomobillər yandı
Bakıya gətirilən bahalı avtomobillər yandı3-03-2025, 09:59. Yazar: Admin |
Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub. Qarabaginfo.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb. Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb. Oxşar hadisənin martın 1-də Bakı-Qazax yolunda da baş verdiyi bildirilir. Həmin hadisə vaxtı yük avtomobili tamamilə yanaraq sıradan çıxıb.
Geri dön |