Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb
Ana Sayfa > Karusel / Dünya > KİV: Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb

KİV: Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb


2-03-2025, 15:48. Yazar: Admin

KİV: Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb

NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenskini ABŞ administrasiyası ilə münasibətləri yaxşılaşdırmağın yollarını tapmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Rutte BBC-yə müsahibəsində deyib.

“Mən Zelenskiyə dedim ki, siz Donald Tramp və ABŞ administrasiyası ilə münasibətlərinizi bərpa etməyin yolunu tapmalısınız”, - deyə Rutte bildirib.

Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda canlı efirdə Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında qızğın mübahisə baş verib.

Qalmaqal Zelenskinin sülh sazişinin şərtləri ilə bağlı Trampla razılığa gəlmədən Ağ Evi tərk etməsi ilə başa çatıb.


Geri dön