Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > İsrail Vitkoffun Qəzzada atəşkəsin uzadılmasına dair planını qəbul edib
İsrail Vitkoffun Qəzzada atəşkəsin uzadılmasına dair planını qəbul edib2-03-2025, 15:43. Yazar: Admin |
İsrail ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı təklifini qəbul edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat verib. Natanyahunun ofisindən verilən açıqlamada HƏMAS-ın hələ də bu plandan imtina etdiyi bildirilib. "İsrail ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Ramazan və Pasxa bayramlarında müvəqqəti atəşkəs planını qəbul edir. Planın ilk günündə diri və ölü girovların yarısı azad ediləcək, sonda isə daimi atəşkəslə bağlı razılıq əldə olunarsa, diri və ölü qalan girovlar da azad ediləcək", - bəyanatda deyilir. Ofis onu da qeyd edib ki, Stiv Vitkoff hazırkı mərhələdə müharibəni bitirmək üçün tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırmağın mümkün olmadığını və daimi atəşkəslə bağlı danışıqlara əlavə vaxt lazım olduğunu nəzərə alaraq atəşkəsin uzadılmasını təklif edib. Geri dön |