Ana Sayfa > Karusel / Dünya > Rusiya Ukraynada Avropanın sülhməramlılarının yerləşdirilməsi ideyasına qarşı çıxıb
Rusiya Ukraynada Avropanın sülhməramlılarının yerləşdirilməsi ideyasına qarşı çıxıb2-03-2025, 15:14. Yazar: Admin |
Rusiya Ukraynada Avropanın sülhməramlılarının yerləşdirilməsi ideyasına qarşı çıxıb. Qarabaginfo.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov "Krasnoy zvezde”-yə müsahibəsində deyib ki, Avropada Ukraynada sülhməramlıların yerləşdirilməsi barədə müzakirələr həyasızlıqdır və Kiyevi Rusiyaya qarşı müharibəyə təhrik etməkdir. Sergey Lavrov bildirib ki, Qərbdə avropalı sülhməramlıların yerləşdiriləcəyi ərazilərin və həmin ərazilərdə rus dilinin taleyinin necə olacağına aydınlıq gətirə bilməzlər: “Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi Rusiya üçün münaqişənin ilkin səbəbinin aradan qalxmaması demək olacaq”. Geri dön |