Ana Sayfa > Karusel / Dünya > İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbələr endiribBu gün, 08:19. Yazar: Admin |
İsrailin müdafiə naziri İsrael Katz Hərbi Hava Qüvvələrinin Suriyanın cənubundakı hədəfləri vurduğunu açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, bu haqda məlumat “Ynet” portalında dərc olunub. "Hərbi-hava qüvvələri hazırda Suriyanın cənubunu sakitləşdirmək üçün təyin etdiyimiz yeni siyasətin bir hissəsi kimi Suriyanın cənubuna fəal şəkildə hücum edir və mesaj aydındır: Suriyanın cənubunun Livanın cənubuna çevrilməsinə icazə verməyəcəyik", - deyəo bildirib. Qeyd edək ki, bundan əvvəl “Al Watan” qəzeti paytaxt Dəməşqin Dəra bölgəsində güclü partlayış olduğuna dair məlumat yaymışdı. Geri dön |