Ana Sayfa > Karusel / Qarabağ > “Onlar heç zaman böyüməyəcəklər” -Xocalı

“Onlar heç zaman böyüməyəcəklər” -Xocalı


Bu gün, 08:02. Yazar: Admin

Bir 1 nəfər və bunu deyən yazı "Sariya Muslum gizi ZE WERDEN NOOIT VOLWASSEN" şəkili ola bilər

Niderland krallığında, Haaqa şəhərində Xocalı sakini, ailə üzvlərini Xocalı faciəsində itirmiş jurnalist, yazıçı-publisist Səriyyə Müslümqızının “Onlar heç zaman böyüməyəcəklər” (Ze werden nooit volwassen “) və “Xocalıdan gələn var” (Geesten uit Khojaly) adlı kitablarının Holland dilində təqdimatı olub. Yazıçı Henri van Rens təfəfindən tərcümə olunmuş, o dəhşətli gecədə həyatını itirən qadınlar və uşaqların ölüm anını təsvir edən bu kitab, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Kitabın holland dilində tərcümə olmasının əsas səbəbi isə Dünya Ədalət Məhkəməsinin məhz Niderland Krallığında yerləşməsidir. Müəllif, 32 ildən sonra Xocalıya qayıdan Səriyyə Müslüm qızı çıxışında bildirib ki, ədalətin ocağı sayılan Niderland, Xocalı soyqırımının ədalətli həlli, bu qətliamı törədənlərin cəzalanmasını təmin etməlidir.Uzun illər həsrətində olduğu Xocalıya, bu gün yenidən həyatın qayıdıtdığından danışan Səriyə xanım bundan sonra vətənimiz və xalqımızın bir daha belə məşəqqətlər görmək istəmədiyini də arzulayıb. Qeyd edək ki, Xocalı Soyqırımının 33-cü ildönümü ilə bağlı Niderland Krallığında anım mərasimi də keçirilib. Haaqa şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirən abidə ziyarət olunub. Xocalı qurbanları, vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Abidə önünə əklil və çiçəklər qoyulub. Anım mərasimini təşkil edən Holland- Azərbaycan Türk Kültür Dərnəyinin başqanının video çıxışı izlənilib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün Almaniyada da yad ediləcək. Xocalıya qayıdış, Prezident İlham Əliyevin Xocalıya səfəri, Xocalıya dönən xocalılarla görüşünü əks etdirən videolar nümayiş olunacaq.

Bir 4 nəfər və mətn şəkili ola bilərBir ‎8 nəfər, televiziya və ‎bunu deyən yazı "‎Wiha oDe e و‎"‎‎ şəkili ola bilərBir 1 nəfər, şamdan, platforma və bunu deyən yazı "Sariyya Jafarova Dear Embassy Officials, Dea DarEnbssyOfik.orPrdpr Participants the Event, you peogla heartfelt respecti disasters, Khojaly Khojaly willn NeT aloanatotetnot/teneweee hold, We forget, films serve turned urned life upside down. Bast ast my loved ones people from OU ur generation. L夢" şəkili ola bilərBir 1 nəfər və bunu deyən yazı "Sariya Muslum gizi ZE WERDEN NOOIT VOLWASSEN" şəkili ola bilər


Geri dön