Ana Sayfa > Karusel / Dünya > Spiker: Gürcüstan Rusiya ilə münaqişəyə daxil olması üçün təzyiqlərə məruz qalıb
Spiker: Gürcüstan Rusiya ilə münaqişəyə daxil olması üçün təzyiqlərə məruz qalıb24-02-2025, 17:33. Yazar: Admin |
Ukraynada müharibə başlayandan sonra Gürcüstan bu və ya digər formada Rusiya ilə münaqişəyə daxil olması üçün təzyiqlərə məruz qalıb. Qarabaginfo.az xəbər verr ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papauşvili Ukraynada müharibənin 3-cü ildönümü münasibətilə sosial şəbəkədə etdiyi paylaşımında qeyd edib: “Təzyiqə baxmayaraq, biz Rusiyaya nə ikitərəfli sanksiya tətbiq etdik, nə də quru və hava hərəkətini dayandırdıq, çünki bu cür eskalasiyanın Rusiya üçün nəzərəçarpan təsiri olmayacaqdı, ancaq bu, Gürcüstanda iqtsiadi çöküşə səbəb ola və beynəlxalq təhlükəsizlik dəstəyinin və iqtisadi zəmanətlərin yoxluğu fonunda yeni müharibəni tətikləyə bilərdi. Ukrayna ilə fəal həmrəyliyimizə baxmayaraq, Zelenski administrasiyasının hərəkətləri anlaşılmaz idi. Müharibə başlayandan cəmi bir həftə sonra Ukrayna hökuməti öz səfirini Gürcüstandan geri çağırdı və Zelenski özü də Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirən insanlar qarşısında çıxış edərək, “X” hesabında Gürcüstan xalqının “hökumətdən daha yaxşı olduğunu” yazdı və bununla da Tbilisidə hakimiyyətə qarşı etirazı açıq şəkildə təşviq etdi. Prezidentin milli təhlükəsizlik müşaviri də daxil olmaqla Ukrayna rəsmiləri açıq şəkildə gürcüləri Abxaziya və Sxinvali bölgəsini zorla ələ keçirməyə çağırıb”. Parlament sədri qeyd edib ki, on illik ərzində Gürcüstanı strateji səbr siyasətinə təşviq edən qərb onu qəfil Rusiyaya qarşı aqressiv mövqe tutmağa məcbur edib. “Bəzi Qərb paytaxtlarının reaksiyası da bundan yaxşı olmadı. Qərb dövlətlərinin Gürcüstana şiddətlə təklif etdiyi, onillik ərzində davam edən “strateji səbir” siyasətinə baxmayaraq, birdən-birə hökumətimiz təkrar təcavüzün ölümcül təhlükəsinə baxmayaraq, Rusiyaya qarşı aqressiv mövqe tutmağa məcbur edildi. Bu, eskalasiya olacağı təqdirdə heç bir təhlükəsizlik və ya iqtisadi həmrəylik zəmanəti olmadan baş verirdi”, - parlament sədri yazıb. Papuaşvili qeyd edib ki, Gürcüstan özünün 300 min qaçqınına baxmayaraq on minlərlə ukraynalı qaçqına ev sahibliyi edib. Geri dön |