Ana Sayfa > Karusel / Gündəm > ADY-də yeni təyinat - Foto

ADY-də yeni təyinat - Foto


24-02-2025, 14:49. Yazar: Admin

ady-de-yeni-teyinat

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

Qarabaginfo.az xəbər verir ki, ADY-nin yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.

H.Cəfərli 1986-cı ildə anadan olub. Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbər vəzifələrdə çalışıb.

2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.


Geri dön