Ana Sayfa > Karusel / Siyasət > Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub
Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub24-02-2025, 14:45. Yazar: Admin |
Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub. Müdafiə Nazirliyindən Qarabaginfo.az verilən xəbərə görə, Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu"nun dinləyiciləri tədris gəzintisi çərçivəsində Azərbaycan HDQ-ni ziyarət ediblər. Əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistan İslam Respublikasının dəniz donanmasının xüsusi yeri olduğunu qeyd edib.
Geri dön |