Avropa İttifaqı Rusiyaya qarşı şəxsi sanksiyaları genişləndirərək siyahıya 48 fiziki şəxs və 35 təşkilatı əlavə edib.
Qarabaginfo.az xəbər verir ki, Aİ-nin 16-cı sanksiyalar paketinə 13 Rusiya bankının SWIFT-ə girişinə qadağa olunması da daxildir.
Bundan əlavə, yeni məhdudiyyətlər arasında Rusiyadan ilkin alüminiumun idxalına qadağa, eləcə də səkkiz Rusiya media orqanının Avropada yayımına qadağa yer alıb.
Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.