“Bakıda yaranan istənilən vəziyyətə birbaşa BŞİH cavabdehdir”. “İllərdir ki, Bakıda infrastrukturla bağlı problemlərin yaşanmasına şahid oluruq. Deməli, artıq bu idarəetmənin formasında ciddi dəyişikliyə ehtiyac var”.
Qarabaginfo.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, bu gün Bakıda yaranan istəlinən vəziyyətə birbaşa Bakı Şəhər İcra Hakimiyyəti cavabdehdir.
Natiq Cəfərli Bakıda Böyük Şəhər Bələdiyyəsinin yaranmasına ehtiyac olduğunu görür:
“Mer seçkilərinin keçirilməsi, birbaşa məsuliyyəti və səlahiyyəti olan orqanların yaradılmasına ehtiyac var. Bu gün şəhərdə pərakəndəlik hökm sürür. Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) soruşsanız, onlar da müxtəlif dövlət və hökumət orqanları ilə bağlı problemlərin olduğunu söyləyə bilərlər”.

Natiq Cəfərli artıq idarəetmə sisteminin özü ilə bağlı qərarın vermək zamanın çoxdan yetişdiyini düşünür:
“Böyük Şəhər Bələdiyyəsinin yaranması və bütün məsuliyyətin bir qurumda cəmlənməsinə ehtiyac var”.