Ana Sayfa > Karusel / Dünya > Bakıda Yaponiya İmperatorunun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub

Bakıda Yaponiya İmperatorunun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub


Dünən, 20:43. Yazar: Admin

Bakıda Yaponiya İmperatorunun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub

Bu gün Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən Bakıda Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub.

Qarabaginfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe çıxış edib.

Səfir Katsuya Vatanabe keçən il Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib: “Təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan təlafatına görə dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalması üçün dua edirəm. Bu çətin günlərdə də biz hər zaman dostlarımızın yanındayıq”.

Səfir, ötən il Azərbaycanda keçirilən COP29 tədbirinin uğurla təşkil olunmasından məmnunluğunu ifadə edərək, bu tədbirin yaşıl cəmiyyətin qurulmasına doğru atılan mühüm bir addım olduğunu vurğulayıb.

Diplomat ölkələrimiz arasında sıx diplomatik əlaqələrdən məmnunluğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Yaponiya arasındakı dostluq münasibətlərinə ümumi nəzər yetirdikdə, bu tarixin 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından 30 ildən artıq müddətdə siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və bir çox digər sahələrdə inkişaf etdiyini görə bilərik.

Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov Azərbaycanın Yaponiya ilə münasibətlərinə mühüm əhəmiyyət verdiyin bildirib: “Ölkələrimiz arasında əməkdaşlıq müxtəlif sahələrdə uğurla inkişaf edir. Ötən illər ərzində Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətləri dinamik inkişaf yolu keçmiş, əməkdaşlığımız iqtisadiyyat, enerji, investisiya, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə genişlənmişdir”.

“Biz, həmçinin əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olan enerji sektorunda fəal əməkdaşlığımızı yüksək qiymətləndiririk. Qeyd edim ki, biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Yaponiya şirkətləri ilə “ağıllı şəhər” və “ağıllı kənd”, eləcə də “Yaşıl enerji zonaları” konsepsiyalarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq edirik.

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq təkcə ikitərəfli səviyyə ilə məhdudlaşmır. Yaponiya və Azərbaycan beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində sıx əməkdaşlıq edir”, - deyə nazir müavini vurğulayıb.


Geri dön