Ana Sayfa > Karusel / İqtisadiyyat > Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 428 milyon dollar olub
Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 428 milyon dollar olubDünən, 19:59. Yazar: Admin |
2024-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 428 milyon ABŞ dolları təşkil edib və Yaponiya Azərbaycanın aparıcı idxal ticarət tərəfdaşları sırasında yer alıb. Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafət çərçivəsində deyib. “Azərbaycanla Yaponiya arasında iqtisadi əlaqələrin dinamikası da artır. Yaponiya şirkətləri ölkəmizdə bir sıra mühüm layihələrlə cəlb olublar. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı və digər sahələrdə 47 Yaponiya şirkəti fəaliyyət göstərir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə Yaponiya şirkətlərinin də maraq göstərməsi təqdirəlayiq haldır. Biz, həmçinin əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olan enerji sektorunda fəal əməkdaşlığımızı yüksək qiymətləndiririk” - deyə nazir müavini qeyd edib. Geri dön |