Ana Sayfa > Karusel / Dünya > Şoltz: Ukraynaya sülhməramlı göndərməkdən danışmaq hələ çox tezdir

Şoltz: Ukraynaya sülhməramlı göndərməkdən danışmaq hələ çox tezdir


Dünən, 14:35. Yazar: Admin

Şoltz: Ukraynaya sülhməramlı göndərməkdən danışmaq hələ çox tezdir

Ukraynaya sülhməramlı qoşunların göndərilməsini müzakirə etmək hələ tezdir.

Qarabaginfo.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şoltz bildirib.

“Berlinin hərbi əməliyyatları dayandırmaq üçün alman hərbçilərini göndərməyə hazır olub-olmaması indiki vaxtda müzakirə etməli olduğumuz bir məsələ deyil.

Biz hələ atəşkəsdən çox uzağıq və beynəlxalq qoşunların, BMT qoşunlarının və ya başqa hansısa qüvvələrin orada rol oynayıb-oynamayacağı barədə heç bir məlumatımız yoxdur", - Şoltz vurğulayıb.


Geri dön