Ana Sayfa > Karusel / Dünya > Rusiya nüfuzu olan qlobal gücdür - Rubio

Rusiya nüfuzu olan qlobal gücdür - Rubio


Dünən, 11:27. Yazar: Admin

Rusiya və ABŞ Ər-Riyadda sanksiyaların ləğvi məsələsini müzakirə etməyib, müzakirələr hələ bu mərhələyə çatmayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalist Ketrin Herricə müsahibəsində deyib.

"Rusiya və ABŞ ərazi məsələlərini müzakirə etməyib, görüşün məqsədi fərqli idi. ABŞ-ın xoşuna gəlsə də, gəlməsə də, Rusiya əsas regionlarda nüfuzu olan qlobal güc olaraq qalır. ABŞ Rusiyanın nüvə potensialını nəzərdən qaçıra bilməz, Moskva ilə dialoq lazımdır. Bayden dövründə ABŞ Rusiya ilə kontaktı itirdi, bu, hətta soyuq müharibənin qızğın çağında belə olmamışdı. Tramp bəzi hallarda haqlı olaraq Zelenskidən narazıdır. Tramp-Putin görüşü razılaşma üzrə irəliləyişdən asılıdır", - o bildirib.

 


Geri dön