Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Sosial > DYP yollarda təhlükəsizliklə bağlı müraciət edib
DYP yollarda təhlükəsizliklə bağlı müraciət edib21-02-2025, 11:11. Yazar: Admin |
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yollarda təhlükəsizliklə bağlı müraciət edib. İdarədən Qarabaginfo.az-a verilən məlumata görə, müraciətdə deyilir: "Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qar və buzlanma yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Yol Patrul Xidmətinin əməkdaşları buzlanmaya qarşı tədbirlər görür, magistral yollarda nəzarəti gücləndirir və sürücülərə zəruri yardımı göstərir. Hədəfimiz – hər kəsin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etməkdir". BDYPİ sürücülərə müraciət edərək aşağıdakılırı tövsiyə edib: Qış təkərlərindən istifadə edin və avtomobilinizin texniki vəziyyətini yoxlayın. Piyadalara isə bunlar tövsiyə olunub: Yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə edin. Qaranlıq saatlarda görünən geyimlər seçin. "Yol hərəkətinin təhlükəsizliyi hər kəsin məsuliyyətidir. Gəlin, qaydalara əməl edək, bir-birimizə qarşı diqqətli olaq", müraciətdə deyilir. Geri dön |