Ana Sayfa > Karusel / Təhsil > Nazir: 30-35 yaşında elmi ad alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir

Nazir: 30-35 yaşında elmi ad alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir


20-02-2025, 12:30. Yazar: Admin

Emin Əmrullayev: Azərbaycan Təhsilinin İnkişafı Üçün Yeni Perspektivlər" - QəbulOL Mərkəzi - Xaricdə Təhsil

Elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

Nazir müəssisələr tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilən faktiki qəbul sayının (doktorant qəbuluna görə) müdafiə edənlərin sayından çox olduğunu vurğulayıb: "Elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqəni ciddi şəkildə monitorinq etməyə başlamışıq. Elmi dərəcəsi olan şəxslərin statusu yox, sonrakı fəaliyyəti daha çox diqqətimizdədir. Otuz-otuz beş yaşında elmi adı alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq".


Geri dön