Ana Sayfa > Karusel / Dünya > Maskın qənaət etdiyi vəsait ABŞ-nin borcunu ödəmək üçün istifadə edilə bilər

Maskın qənaət etdiyi vəsait ABŞ-nin borcunu ödəmək üçün istifadə edilə bilər


20-02-2025, 08:20. Yazar: Admin

Maskın qənaət etdiyi vəsait ABŞ-nin borcunu ödəmək üçün istifadə edilə bilər

ABŞ hökuməti İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) tədbirləri nəticəsində qənaət edilmiş vəsaitin bir hissəsini ABŞ-nin dövlət borcunu ödəmək üçün istifadə etmək imkanını nəzərdən keçirir.

Qarabaginfo.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Mayamidə Səudiyyə Ərəbistanının təşkil etdiyi investisiya forumunda məlumat verib.

"DOGE tərəfindən qənaət edilən vəsaitin 20%-nin ölkə vətəndaşlarına veriləcəyi, digər 20%-nin isə borcların ödənilməsinə yönəldiləcəyi yeni planı nəzərdən keçiririk", - Tramp bildirib.

2024-cü ilin noyabrında ilk dəfə olaraq 36 trilyon dolları keçən ABŞ-nin dövlət borcundan danışan Tramp bu borcu zəkaları və zəhmətləri ilə azaldacaqlarına söz verib.


Geri dön