Ana Sayfa > Karusel / Dünya > Ukrayna XİN rəhbəri: Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz

Ukrayna XİN rəhbəri: Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz


19-02-2025, 21:44. Yazar: Admin

Ukrayna XİN rəhbəri: Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz

Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz, biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bunu XUkraynanın xarici işlər naziri Andrey Sibiqa öz “X” hesabında yazıb.

Onun sözlərinə görə, Ukrayna müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma və üç illik total müharibəyə dözüb.

"Ukrayna xalqı və onun prezidenti Volodimir Zelenski Putinin təzyiqinə boyun əyməkdən imtina etdi. Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik", - XİN rəhbəri yazıb.

Qeyd edək ki, prezident Donald Tramp Ukrayna prezidentini ABŞ yardımını israf etməkdə və diktatura yaratmaqda ittiham edib.


Geri dön