Ana Sayfa > Karusel / Dünya > İsveçrə Ukraynaya sülhməramlı göndərmək sorğusunu nəzərdən keçirə bilər
İsveçrə Ukraynaya sülhməramlı göndərmək sorğusunu nəzərdən keçirə bilər18-02-2025, 22:50. Yazar: Admin |
İsveçrə hakimiyyəti döyüşlər başa çatdıqdan sonra potensial sülhməramlı missiyanın bir hissəsi kimi Ukraynaya qoşun göndərmək sorğusunu nəzərdən keçirə bilər. Qarabaginfo.az xəbər verir ki, bu barədə “TASS”ın sorğusuna cavab olaraq konfederasiyanın Müdafiə Nazirliyi məlumat verib. “Bizə belə bir müraciət daxil olmayıb. İsveçrə belə bir müraciət alsaydı, onu nəzərdən keçirərdi”, - məlumatda deyilir. Geri dön |