Ana Sayfa > Karusel / İqtisadiyyat > Xəzər Külək Elektrik Stansiyaları ilə bağlı Nazirlər Kabinetinə müraciət ediləcək
Xəzər Külək Elektrik Stansiyaları ilə bağlı Nazirlər Kabinetinə müraciət ediləcək18-02-2025, 14:49. Yazar: Admin |
Xəzər dənizində Külək Elektrik Stansiyalarının inşası hal- hazırda priorited məsələlərdən biridir. Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına təşkil olunmuş media-tur zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq su obyektlərinin müəyyənləşdirilməsi yekunlaşmaq üzrədir. "Biz bu ərazilərlə bağlı Nazirlər Kabinetinə müraciət edəcəyik. Bir çox şirkətlərin KES-lərin inşası ilə bağlı maraqları var və bu istiqamətdə danışıqlar davam etdirilir. Növbəti mərhələdə istehsalçının seçilməsi və müqavilələrin bağlanması gündəmdədir" - deyə Cavid Abdullayev qeyd edib. Geri dön |