Ana Sayfa > Karusel / Dünya > İsrail qoşunlarını Livan ərazisindən çıxarmağa başlayır

İsrail qoşunlarını Livan ərazisindən çıxarmağa başlayır


18-02-2025, 10:08. Yazar: Admin

İsrail qoşunlarını Livan ərazisindən çıxarmağa başlayır

2024-cü il, noyabrın 27-də əldə olunan razılaşmaya əsasən, İsrail hökuməti bu gündən qoşunlarını Livan ərazisindən çıxarmağa başlayır.

Qarabaginfo.az “news.co.il” portalına istinadən xəbər verir ki, ordu qüvvələrinin bir hissəsi ölkənin cənubundakı Labbun, Ramiya, Cəbl-Plat, Blida, Bint-Cbeyl və Mərun ər-Ras, Vadi-Salyuki, Al-Hiyam, Kfar-Kila, Vadi Ayun və Əmra bölgələrində qalmaqda davam edəcək.

Bəzi mənbələrə əsasən, 8 aylıq müddətə nəzərdə tutulan bu addım həmin ərazilərin strateji əhəmiyyətə malik olması ilə əsaslandırılır.


Geri dön