Ana Sayfa > Karusel / İdman > Maradona ilə vida mərasimi Prezident Sarayında olacaq

Maradona ilə vida mərasimi Prezident Sarayında olacaq


26-11-2020, 10:09. Yazar: Admin

 

Maradona ilə vida mərasimi Prezident Sarayında olacaq

Bu gün Argentinadakı Kasa Rosada prezident sarayında Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, mərasim yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq.

Vidalaşmaq istəyənlərin qəbulu əfsanəvi futbolçunun yaxınlarının istəyi ilə saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çoxlu sayda insan toplaşıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib. "Report"


Geri dön