Ana Sayfa > Karusel / İdman > Dieqo Maradona bu gün dəfn ediləcək

Dieqo Maradona bu gün dəfn ediləcək


26-11-2020, 10:08. Yazar: Admin

 

Dieqo Maradona bu gün dəfn ediləcək

Bu gün Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

Qarabaginfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, tədbir Kasa Rosada Prezident Sarayında baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Maradona ilə vidalaşmaq istəyənlər axşam saatlarına qədər saraya üz tuta biləcəklər. Tədbirin cümə günü davam edib-etməyəcəyi hələlik bəlli deyil. Artıq çox sayda insan Prezident Sarayının qarşısındakı meydanda toplaşıb. 

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.


Geri dön