Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Emil Hurezeanunu Rumıniya XİN rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib
Ceyhun Bayramov Emil Hurezeanunu Rumıniya XİN rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib15-02-2025, 23:54. Yazar: Admin |
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, görüşdə Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə regional və beynəlxalq gündəlikdə duran mövzular müzakirə olunub. Nazir Ceyhun Bayramov Emil Hurezeanunun Rumıniyanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb. İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına hazırlıq ifadə olunub. Xüsusilə, yaşıl enerji sahəsindəki tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərdə, xüsusilə “Orta Dəhliz” üzrə əməkdaşlığın inkişafının əməkdaşlığımıza əlavə töhfə verə biləcəyi diqqətə çatdırılıb. Görüş zamanı həmçinin bölgəmizdə postmünaqişə dövründə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri müzakirə edilib. Geri dön |