Ana Sayfa > Karusel / İqtisadiyyat > Mərkəzi Bank iki valyuta mübadilə məntəqəsini cərimələyib
Mərkəzi Bank iki valyuta mübadilə məntəqəsini cərimələyibBu gün, 11:09. Yazar: Admin |
Azərbaycan Mərkəzi Bankı (AMB) iki valyuta mübadilə məntəqəsini cərimələyib. Qarabaginfo.az AMB-yə istinadən xəbər verir ki, bunlar "Bakı Mərkəzi Valyuta" və "Eliko" MMC-lərdir. Qeyd edilib ki, Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, "Bakı Mərkəzi Valyuta"nın vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 000 manat cərimə olunub. "Eliko"nun vəzifəli şəxsi isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 500 manat, MMC özü isə valyuta tənzimi haqqında qanunvericiliyin tələblərini pozması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 cərimə edilib. Geri dön |