Ana Sayfa > Karusel / Dünya > Mask işlərinin çoxluğundan Ağ Evdə yatır
Mask işlərinin çoxluğundan Ağ Evdə yatırBu gün, 10:08. Yazar: Admin |
Amerikalı iş adamı İlon Mask ABŞ-nin Hökumət Səmərəliliyi Departamentində (DOGE) işinin çox olması səbəbindən Ağ Evdə gecələyir. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb. “Mask DOGE-də çox işlədiyini və Ağ Evdəki ofisində yatdığını söyləyib”, - xəbərdə deyilir. Bildirilib ki, iş adamı rəhbər vəzifədəki fəaliyyətinə 4 ay sərf etməyi planlaşdırır. Bu müddət ərzində o, büdcəni iki trilyon dollar azaltmaq və iki faiz inflyasiyaya nail olmaq niyyətindədir. Onun ofisinin dəqiq yeri bəlli deyil. Geri dön |