Ana Sayfa > Karusel / Dünya > “Putinlə bu ölkədə görüşəcəyik” - Tramp
“Putinlə bu ölkədə görüşəcəyik” - TrampBu gün, 08:40. Yazar: Admin |
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşməyi planlaşdırdığını bildirib. Qarabaginfo.az bu barədə “CBS News”a istinadən xəbər verir. “Biz Səudiyyə Ərəbistanında görüşəcəyik”, - o deyib. Qeyd edək ki, daha əvvəl “Reuters” görüşün təşkilində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl-Səudun iştirak etdiyini bildirmişdi. Xatırladaq ki, Trampla Putin üç ildən sonra telefonla danışıblar. Geri dön |