Ana Sayfa > Karusel / Dünya > Kobaxidze: Avropa Parlamentinin qətnaməsi bizim üçün tamamilə dəyərsizdir

Kobaxidze: Avropa Parlamentinin qətnaməsi bizim üçün tamamilə dəyərsizdir


Dünən, 23:36. Yazar: Admin

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

 

Ədalətsizliyini və məzmununu nəzərə alsaq, Avropa Parlamentinin qətnaməsinin bizim üçün heç bir dəyəri yoxdur.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Kobaxidze Avropa Parlamentinin bu vaxtadək Gürcüstana qarşı 5 qətnamə qəbul etdiyini və bunların hər birinin digərindən daha az ciddi olduğunu qeyd edib.

Hökumət başçısı sabahkı qətnamənin “6-cı mənasız qətnamə” olacağını qeyd edib.

“Bu layihə əvvəlki qətnamələr kimi bizim üçün tamamilə mənasızdır və onlar bizim xalqımızın reallığını əks etdirmir. Reallıq budur ki, Gürcüstan demokratiya ilə idarə edilir və müxalifət mahiyyətcə anti-demokratikdir. Lakin siz gördüyünüz kimi, AP-nin qətnaməsi radikal müxalifəti, radikalizmi və ABŞ-nin yeni administrasiyasının bu gün açıq şəkildə tənqid etdiyi hər şeyi dəstəkləyir”, - Kobaxidze deyib.

Qeyd edək ki, Avropa Parlamentində fevralın 13-də Gürcüstanla bağlı növbəti qətnamə səsə qoyulacaq.


Geri dön