Ana Sayfa > Karusel / Region > Rusiyada həbsdən müharibəyə göndərilən və orada həlak olan şəxsin nəşi Cəlilabada gətirilib

Rusiyada həbsdən müharibəyə göndərilən və orada həlak olan şəxsin nəşi Cəlilabada gətirilib


Dünən, 16:48. Yazar: Admin

 Rusiyada həbsdən müharibəyə göndərilən və orada həlak olan şəxsin nəşi Cəlilabada gətirilib

Rusiya-Ukrayna müharibəsində həlak olan Cəlilabad rayon sakininin nəşi Azərbaycana gətirilib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya-Ukrayna cəbhəsində həlak olan 1999-cu il təvəllüdlü Hicran Dərya oğlu Əmənov Kazan şəhərində yaşayıb. Hicran Əmənov orada həbs edilib. Müvafiq qərara uyğun olaraq, həbsdən cəhbəyə göndərilib. H.Əmənov Rusiya ordusu sıralarında keçən ilin sonunda cəbhədə yaralanaq həlak olub.

Onun meyiti bu yaxınlarda cəbhə xəttindən götürülub və ailəsinə təhvil verilməsi üçün müvafiq prosedurlar aparılıb. H.Əmənovun nəşi bu gün anadan olduğu Şatırlı kəndində dəfn olunacaq. 

Qeyd edək ki, həlak olan şəxs ailəli olub, bir övladı var.


Geri dön