Ana Sayfa > Karusel / Dünya > ABŞ-nin Kanadaya tətbiq etdiyi polad və alüminium rüsumları 50%-ə çata bilər
ABŞ-nin Kanadaya tətbiq etdiyi polad və alüminium rüsumları 50%-ə çata bilər12-02-2025, 08:02. Yazar: Admin |
ABŞ-nin Kanada polad və alüminium ilə bağlı rüsumları 25% əvəzinə 50% ola bilər. Qarabaginfo.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Kanada mətbuatı Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. O bildirib ki, Kanadadan gələn metallara rüsumlar qüvvəyə minərsə, bu rüsumlar ABŞ prezidenti Donald Trampın əvvəllər tətbiq edəcəyini vəd etdiyi bütün Kanada mallarına 25% məbləğində digər rüsumlara əlavə olunacaq. Qeyd edək ki, fevralın 1-də Tramp Kanada və Meksikadan idxal edilən mallara 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Fevralın 10-da isə Tramp martın 12-də bütün polad və alüminium idxalına 25%-lik gömrük rüsumunun tətbiq edilməsini əmr edib. Qərar Kanadadan gələn idxallara da şamil edilir. Geri dön |