Ana Sayfa > Karusel / Kriminal > Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib
Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib11-02-2025, 13:55. Yazar: Admin |
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində tanınan Taleh Qaraşovun məhkəməyə ərizə göndərdiyi bildirilib. T. Qaraşov, ərizədə təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirib. Təqsirləndirilən şəxsin vəkili Nüşabə Ağayeva zərərçəkənin barışıqla bağlı mövqeyinin öyrənilməsi məqsədilə dindirilməsini istəyib. Taleh Qaraşovun dindirilməsi və barışıqla bağlı fikrinin öyrənilməsi üçün iclas martın 4-nə təxirə salınıb. Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. Geri dön |