Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda elektromobillərin sayı məlum olub
Azərbaycanda elektromobillərin sayı məlum olub10-02-2025, 16:14. Yazar: Admin |
2025-ci il yanvar ayının 1-i tarixinə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin (elektromobillərin) sayı məlum olub. Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub. Qeyd edək ki, 2023-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 3115-ə çatıb. Xatırladaq ki, ötən il Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub. Geri dön |