Ana Sayfa > Karusel / Müsahibə > Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaq - MÜSAHİBƏ
Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaq - MÜSAHİBƏ10-02-2025, 14:53. Yazar: Admin |
Ziyafət Əsgərov: “Naxçıvandan muxtariyyətin götürülməsi qeyri-ciddi söhbətdir” - Ziyafət müəllim, Azərbaycanın müstəqilliyinin ilk illərində naxçıvanlılar siyasi elitanın əsası hesab olunurdu və bu tendensiya uzun müddət davam etdi. Necə düşünürsünüz, bu gün ölkənin müxtəlif ərazilərində siyasi aktivlik hansı səviyyədədir? Həmçinin 30 il keçməsinə baxmayaraq, qadınları siyasətdə çox az görürük, bunun əsas səbəbi nədir? - Məşhur ifadə var - sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq. Biz elə bir dövrdə yaşayırıq ki, hər kəs siyasi cəhətdən fəal olmalıdır. Bizim cəmiyyətdə siyasi fəallıq həmişə olub və indi də var. Xüsusi ilə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, istər 1990-cı ilin əvvəlləri, istər sonrakı proseslər hər bir vətəndaşı siyasətlə məşğul olmağa sövq edirdi. Qadınların siyasətdə yerinə gəldikdə isə hesab edirəm ki, Azərbaycanda bununla bağlı problem yoxdur. Əvvəla, bunun hüquqi bazası çox möhkəmdir. 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda bu hərtərəfli əks olunub. O zaman Konstitusiya Komissiyası yaradımışdı. Ulu öndərimiz komissiyanın sədri idi. Xoşbəxtlikdən mən də o işə cəlb olunmuşdum, komissiyanın işçi qrupunun üzvlərindən idim. Mütəmadi olaraq Ulu öndər bizi toplayır, tapşırıqlarını verirdi. O vaxt qadınların ictimai-siyasi həyatda fəallığı ilə bağlı çox ciddi müzakirələr gedirdi. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, biz elə etməliyik ki, qadınlar da siyasətə cəlb olunsun, bu proseslərdə fəal iştirak etsinlər, öz hüquq və azadlıqlarını yüksək səviyyədə dərk edə bilsinlər. Çünki Qərbdə bizi istəməyən, yuxarıdan-aşağı baxan qüvvələrdə belə bir fikir formalaşmışdı ki, Azərbaycan da Şərq, müsəlman dövlətidir orada qadın hüquqları qorunmayacaq və sairə. Amma Azərbaycan o dövlətlərdəndir ki, qadınlar da kişilər kimi bütün sahələrdə bərabər hüquqa malikdir. Bunun bariz nümunəsini hamımız görürük, ölkənin Birinci vitse-prezidenti, Milli Məclisin sədri, ombudsman, deputatlarımızın bir hissəsi, müxtəlif sahələrdə kifayət qədər xanımlar çalışır. Müxtəlif yerlərdə, hökumət orqanlarında, biznes sahəsində qadınların çəkisi getdikcə artır və bu məni sevindirir. Çünki qadın nə qədər savadlı olsa, ailə dəyərləri bir o qədər güclü olacaq. Cəmiyyətin əsası ailədir. Bu Konstitusiyamızda da təsbit olunub. Bizdə ailə ilə əsasən qadın məşğul olur. Qadın da nə qədər intellektli olsa, gələcək nəslimiz bir o qədər güclü olacaq.
- Mən siyasi elitanı bölgələrə ayırmazdım. Belə bir tədqiqat aparmamışam ki, siyasətçilərin əksəriyyəti naxçıvanlılardır, yaxud başqa bölgədən. Ümumiyyətlə bu mövzuda danışmağı sevmirəm. Əlbəttə Naxçıvan torpağı çox böyük insanlar, siyasətçilər yetişdirib - Heydər Əliyev, İlham Əliyev kimi siyasi nəhənglərin adlarını böyük fəxarətlə çəkə bilərəm. Ümumən, gəlin, bu məsələni bölgələrə ayırmayaq. Sadəcə olaraq bu, insanın təfəkkürü ilə bağlıdır. Bəlkə də tale belə gətirib. Naxçıvanın quru sərhədləri digər bölgələrimizlə bağlanıb, anklav vəziyyətinə düşüb. Təsəvvür edin, hər tərəfdən xarici ölkələrlə çevrələnmisən. Naxçıvanın Azərbaycanın siyasi mərkəzinin olmasının səbəbi daha çox Heydər Əliyevin orada olması ilə əlaqədar idi. Amma qabiliyyətli adamlar hər yerdə var. - Siz həm də Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müdirisiniz. Necə düşünürsünüz, ali təhsil müəssisələrimiz gələcəyin yaxşı məmurunu yetişdirə bilirmi? Çünki yeni təyinatlarda xaricdə təhsil alanların üstünlüyünü görürük, hətta dövlət qulluğunda bu məsələyə xüsusi önəm verilir. - Ali təhsilimi başa vurandan bu günə qədər Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasında işləyirəm. O vaxtdan indiyədək apardığım müşahidələrə əsasən deyə bilərəm ki, Bakı Dövlət Universiteti çox yaxşı məktəbdir. Burada riyaziyyat, fizika, kimya, eyni zamanda hüquq məktəbi çox güclü olub. Milli Elmlər Akademiyasını da bura aid edə bilərik. Ənənələr bu gün də davam edir. O ki qaldı, gənclərin xaricdə təhsilə maraq göstərməsinə, bu, təbii prosesdir və bütün dünyada belədir. Bu əsasən dil biliklərinin artırılması zərurətindən irəli gəlir. Xüsusi ilə İnformasiya Texnologiyaları ilə maraqlanan gənclər bu sahəyə daha çox yönəlmək istəyirlər, çünki bu gün texnologiya əsridir. Hətta Milli Məclisdə də deputatlar gələcəkdə Süni intellektlə bağlı sənədlərin qəbul edilməsi məsələsini gündəmə gətirirlər. Hesab edirəm ki, zəruri olduğu təqdirdə bu sahədə qanun qəbul olunacaq. Yəni dünyanın istiqaməti belədir, biz bunu dəyişə bilmərik. Təyinatlara gəldikdə, sizinlə eyni fikri bölüşmürəm. Bu gün deputatlar, Milli Məclis aparatında çalışanlar içərisində Azərbaycanda təhsil alanlar daha çoxdur. Əsas odur ki, konkret tələblərə cavab verə biləsən. Təbii ki, əgər beynəlxalq şöbədə işləyirsənsə, dil biliyinin olması önəmlidir. Amma əsas çalışdığın sahə üzrə ixtisası bilməkdir. Bakı Dövlət Universitetinin timsalında Azərbaycandakı ali məktəblərdə bizim çox yaxşı, ümidverici tələbələrimiz var. Şəxsən mənim zəmanətimlə bu günədək 31 nəfər xarici ölkələrdə təhsil alıblar, onlardan bəziləri orada vəkil kimi işləyir, bəziləri biznes qurub, bəziləri isə gəlib yenidən ölkədə fəaliyyət göstərir. Tam əksəriyyəti göstərilən etimadı doğruldur. Bu baxımdan mən gənclərdən çox razıyam və onların gələcəyinə böyük ümidlərim var. İndiki dövr fərqlidir. Bilirsiniz, yenilikləri öyrənmək üçün mütləq mühitin içində olmalısan. Bu baxımdan gənclərin xarici təhsilə marağı normal qarşılanmalıdır, amma bu o demək deyil ki, bizim universitetlərin təhsil səviyyəsi aşağıdır. Azərbaycan ali məktəblərində təhsil çox yaxşıdır və bu sahədə irəliləyiş çoxdur. Təbii ki, burada hər şeyin ideal olduğunu iddia etmirik. - Ölkəmizdə təhsilin səviyyəsi dediyiniz kimidirsə, o zaman dövlət qulluğuna seçim zamanı niyə xaricdə oxuyanlara fərq qoyulur? - Açığı bu mövzu bir neçə dəfə Milli Məclisdə qaldırılıb, bu sahədə bizə ünvanlanan suallar da çoxdur. Mən özüm də bir neçə dəfə dövlət qulluğuna qəbulda iştirak etmişəm. Öz tələbələrimiz də yaxınlaşıb bu sahədə ayrı-seçkiliyə məruz qaldıqlarını, narahatlıqlarını bildiriblər. BDU-nun müxtəlif fakültələrini müvəffəqiyyətlə bitirən gənclər nədənsə müsahibə mərhələsindən keçə bilmir, burada xarici tələbələrə daha çox üstünlük verilir. Güman ki, burada da dil bilgisi məsələsi önəmli faktor oynadığı üçün belə nəticələri görürük. Bu da çox vacib məsələdir. Mən hesab edirəm ki, hər bir azərbaycanlı ana dilini gözəl bilməlidir, bu bizim anamızın dilidir, dövlət dilidir. Amma müasir dövrün dili ingilis dildir. Xarici dil bilmədən dünyada baş verən yeniliklərə və inteqrasiyaya qoşula bilmərik. - Uğurlu olmaq üçün dil və ixtisas biliyi ilə yanaşı, başqa keyfiyyətlərə də sahib olmalıyıq. Bu baxımdan müasir siyasətçi necə yetişməlidir?
Bizim kimi ölkənin vətəndaşları daha çox savadlı olmalıdır. Məsələn ABŞ-da bir gənc öz dilindən başqa dil öyrənməyə çox can atmır, çünki hamı onun dilində danışır. Amma bizim ehtiyacımız var. Cənab Prezident Azərbaycanın yerli kanallarına müsahibəsində qeyd etmişdi ki, dünyanın nizamı getdikcə dəyişir. Bu dəyişən nizamda Azərbaycan elə yer tutmalıdır ki, onunla hesablaşsınlar. Hesablaşmaq üçün də elmi, siyasi, hərbi, iqtisadi cəhətdən gərək savadlı olasan. Bu qüdrəti də gələcəyimiz olan gənclərimiz yaradır. Onu da yaratmaq üçün gərək beynin işlətsin. Xüsusi ilə mən gənclərimizin fundamental elmlərə yönəlməsini çox istərdim. Çünki bunlar dəyər yaradan elmlərdir.
Konstitusiyamıza və Hərbi doktrinamıza müvafiq olaraq biz müdafiə xarakterli siyasət aparmışıq. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, Silahlı Qüvvələrimiz yalnız Azərbaycanın müdafiəsi ilə məşğuldur. Bizim heç vaxt kiməsə hücum etmək niyyətimiz olmayıb, olmayacaq da. Çünki bizim siyasətimiz sülh siyasətidir, amma dediyiniz məsələdə həqiqət var ki, həmin sənədlərə bir çox korrektələr olunmalıdır və zaman-zaman da olunacaq. - Bu gün ölkə üçün yeni təhdidlər yaranıb, torpaqlarımızın azad edilməsini qəbul edə bilməyən qüvvələr mövcuddur. Süni intellektin yaranması və hər keçən gün həyatımıza inteqrasiyası da yeni təhdidlər içərisindədir. Bu kimi mövzuları da konsepsiyaya əlavə etməyi düşünürsünüzmü?
- 2025-ci il Azərbaycanda “Suverenlik və Konstitusiya İli” elan edilib. Belə bir fikir var ki, bu, yalnız Konstitusiyanın 30 illiyi ilə əlaqəli deyil, eyni zamanda müxtəlif dəyişikliklər də nəzərdə tutulur. Konstitusiyada dəyişiklik olduğu təqdirdə Naxçıvanın muxtariyyət statusu götürülə bilərmi? Dəqiq xatirimdədir yazılan hər bir sözün nöqtə, vergülünə qədər hər şeyi Ulu öndər Heydər Əliyev özü redaktə edirdi. Məzmununa, mahiyyətinə, miqyasına görə Azərbaycan Konstitusiyası dünyanın sayılıb-seçilən Əsas qanunlarından biridir. Bu elə bir konstitusiyadır ki, burada insan hüquq və azadlıqları ilə bağlı məsələlərə çox yer verilib. Bu da başa düşüləndir, çünki biz hüquqi, demokratik dövlət qururuq və hər bir demokratik dövlətdə hüququn aliliyi bərqərar olmalıdır. O ki qaldı, sizin dediyiniz idarəetmə formasına, mən burada heç bir ziddiyyət görmürəm. Konstitusiya və “Normativ hüquqi aktlar haqqında” qanunda hər bir dövlət orqanının vəzifələri göstərilib. Yerli icra hakimiyyətləri haqqında Prezident tərəfindən təsdiq olunan, eyni zamanda Prezidentin xüsusi səlahiyyətli nümayəndələri haqqında Əsasnamə var. Misal üçün, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi dövlət orqanları arasında koordinasiya funksiyasını yerinə yetirir. Bu nə Azərbaycanın, nə də Naxçıvan Muxtar Respublikasının Konsitutusiyasına ziddir. Kimin nə deməsindən aslı olmayaraq, əlimizdə konkret sənəd var. Həqiqətən də o sənədə uyğun olaraq Prezidentin səlahiyyətli nümayəndəsi Əsasnamə ilə fəaliyyət göstərir. O ki qaldı, Naxçıvanın muxtariyyətinin götürülməsi məsələsinə, Naxçıvana muxtariyyətin verilməsi beynəlxalq hüquqi statusa əsaslanır. Hətta Ermənistan özü də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın protektorluğu altında olmasının qarantilərindən biridir. Bu gün Naxçıvandan muxtariyyətin götürülməsi qeyri-ciddi söhbətdir və bunu gündəmə gətirmək qətiyyən düzgün deyil.
- Yeri gəlmişkən, eks-spiker Oqtay Əsədovla əlaqələriniz qalırmı, indi haralardadır, nə iş görür?
- Ziyafət müəllim, Azərbaycan və Rusiya arasında münasibətlər getdikcə gərginləşməkdədir. Bu gərginlik təyyarəmizin vurulmasından sonra yarandı. Bu prosesin sonunu necə görürsünüz?
Biz istəyirik ki, beynəlxalq hüququn tələblərinə cavab verən elə sənəd olsun ki, sonra Azərbaycan bu məsələlərdə Ermənistan rəhbərləri tərəfindən sui-istifadələrə məruz qalmasın. Burada heç bir boşluq olmamalıdır. Yol açılmalıdır və ərazi iddiaları aradan götürülməlidir. Bu gün əksinə, bizim tam haqqımız çatır ki, Ermənistana qarşı ərazi iddiaları qaldıraq. 1918-ci ildə cümhuriyyətin müstəqilliyi elan edilən vaxt mayın 29-u İrəvan ermənilərə verildi. Bunu açıq demək lazımdır. Bəzi sinəsinə vuran müxalifət rəhbərləri, başda Əli Kərimli, Cəmil Həsənli olmaqla deyirlər ki, bu cümhuriyyət qurucularına şər atmaqdır. Bir tərəfdən bizə şər atırlar ki, siz tarixə düzgün yanaşmırsınız. Digər tərəfdən özləri məsələlərə bolşevik yanaşması nümayiş etdirirlər. Amma bu, faktdır, biz torpaqlarımızı öz əllərimizlə onlara vermişik. Hətta ermənilər İrəvanı işğal etmişdilərsə belə, buna hüquqi don geyindirən qərar qəbul edilməməli idi.
Amma baxın, Qarabağdan çıxan ermənilər könüllü, rahat şəkildə, bütün dünyanın gözü qarşısında çıxıb getdilər. Ter-Petrosyanın 1993-cü ildə çıxışının videosu yayıldı və bütün dünya da bunu gördü. Görün nə deyir, bəli, biz bütün istəyimizə nail olduq, azərbaycanlılar bir sıra rayonlarda çoxluq təşkil edirdilər, biz onları çıxardıq həmin rayonlardan və sairə. Ter- Petrosyan özü bilərəkdən və ya bilməyərəkdən qeyd etdi ki, biz 600 illik problemi həll etdik. Deməli Azərbaycan buranın aborigen xalqıdır. Düzdür, biz minilliklər boyu yaşamışıq, amma bu erməni xislətinə uyğun olaraq 600 il deyir. 600 il burada yaşayan azərbaycanlıları torpaqlarından necə çıxara bilərsən? İndi Xarici İşlər Naziri Ararat Mirzoyan deyir ki, deportasiya olunan azərbaycanlıların sayı 300 min deyil 170 mindir. Lap tutaq ki, 1000 nəfərdir. Fakt odur ki, siz onları deportasiya etmisiniz. Yəni artıq Ermənistan öz əməlini ört-basdır edə bilmir. Suala qayıtsaq, bəli biz torpaqlımıza dönəcəyik. Prezidentin də dediyi kimi ərazi iddiası irəli sürməklə deyil, elə Prezidentin ifadəsi ilə desək maşınlarla qayıdacağıq. Ora gedəndən, orada yaşayandan sonra soydaşlarımız Ermənistanın dövlət, hüquq-mühafizə orqanlarında işləyəcək, parlamentinə də deputat seçiləcək. Niyə də olmasın?! Biz ora qayıdacağıq, bütün siyasi və hüquqi azadlıqlardan istifadə edəcəyik. Biz ora qonaq kimi yox, aborigen əhalisi kimi dönəcəyik.
Bizim Prezident bu “humanitar” missiyanın mahiyyətini vaxtında hiss etdi və Azərbaycanda onun əl-qolunun açılmasına imkan vermədi. Amma bəzi dövlətlər onların caynağına düşdü. Məsələn, Gürcüstanda, başqa dövlətlərdə gördük onlar hansı oyunlardan çıxdılar. Hətta ABŞ-nin bugünkü rəhbərliyi etiraf etdi ki, USAID cinayətkar təşkilatdır. Hesab edirəm ki, ABŞ üzərinə həddindən artıq böyük yük götürmüşdü. Bugünkü rəhbərlik də hesab edir ki, bu, ona lazım deyil. Ona görə də Tramp düşünür ki, bəzi məsələlərdən tamamilə uzaqlaşmaq lazımdır. Məsələn, miqrantlar ABŞ üçün böyük problemdir. O ki qaldı, Azərbaycanla münasibətə, hesab edirəm ki, Cənubi Qafqaz Trampın siyasətində prioritet olmayacaq. Çünki Trampın əsas məqsədi Amerikanın öz maraqlarını qorumaqdan ibarətdir. İlk növbədə ölkə daxilində, ikinci, qonşuları ilə münasibəti, son olaraq Avropa İttifaqı ilə münasibətlər onun üçün əsas problemlərdəndir. Geri dön |