Ana Sayfa > Karusel / İqtisadiyyat > Nazir müavini: Əsas kapitala yatırımların iqtisadiyyatda payı artırılmalıdır
Nazir müavini: Əsas kapitala yatırımların iqtisadiyyatda payı artırılmalıdır10-02-2025, 12:24. Yazar: Admin |
“Əsas kapitala yatırımların ÜDM-dəki payı hələ də 25%-dən aşağıdır və artırılmalıdır”. O bildirib ki, yalnız investisiyaların həcmini artırmaq kifayət deyil. İqtisadiyyatın dayanıqlı inkişafı üçün özəl sektorun payının artırılması da əsas şərtlərdən biridir. Səməd Bəşirli onu da qeyd edib ki, orta gəlir tələsindən yayınmaq üçün iqtisadi siyasət üç əsas istiqamətdə formalaşdırılmalıdır. Bundan əlavə, özəl sektorun ümumi investisiyalardakı payını artırmalı, Dövlət müəssisələrinin investisiya və ekspertiza potensialından istifadə edilməli, kiçik və orta sahibkarlığın (KOS) maliyyəyə çıxış imkanlarını genişləndirmək və onların insan kapitalını gücləndirmək vacibdir. İkinci məsələ investisiya mühiti və ekosistemin təkmilləşdirilməsidir: “Xarici investisiyalar (FDI) üçün cəlbedici şərait yaradılmalı və qonşu ölkələrin investisiya təşviq proqramlarını nəzərdən keçirərək rəqabət qabiliyyətimizi artırmalıyıq”. Nazir müavini əlavə edib ki, insan kapitalının inkişaf etdirilməsi istiqamətində isə texnologiya və innovasiya sahəsində yatırımlar artırmalıdır. Geri dön |