Ana Sayfa > Karusel / Təhsil > Emin Əmrullayev: Təhsilin keyfiyyət göstəriciləri üzərində hələ də işlər görülməlidir
Emin Əmrullayev: Təhsilin keyfiyyət göstəriciləri üzərində hələ də işlər görülməlidir10-02-2025, 11:58. Yazar: Admin |
Azərbaycan kontekstində ümumi təhsilin əhatə dairəsi problemi, demək olar ki, həll edilib və bu, təxminən, 99%-dir. Qarabaginfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib. O bildirib ki, bu göstəricilərə baxmayarq, təhsilin keyfiyyət göstəriciləri üzərində hələ də işlər görülməlidir: "Təhsilin erkən mərhələsinin ümumi və ali təhsilə təsirini nəzərdən keçirmək çox vacibdir. Müsbət təhsil nəticələri üçün, ilk növbədə, doğru investisiyalar tələb olunur". Nazir həmçinin qeyd edib ki, ölkədə 1-5 yaşlı uşaqların təhsildə iştirak səviyyəsi 12%-dən 38-39%-ə qədər artıb. "Hədəfimiz isə iki il ərzində bu göstəricini 50%-ə çatdırmaqdır", - deyə E.Əmrullayev əlavə edib. Geri dön |