Ana Sayfa > Karusel / Dünya > Uolts: Trampın Kanadanı işğal etmək planı yoxdur
Uolts: Trampın Kanadanı işğal etmək planı yoxdur10-02-2025, 08:13. Yazar: Admin |
ABŞ prezidenti Donald Trampın Kanadanı işğal etmək niyyəti yoxdur. Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts bildirib. "Mən Kanadanı işğal etmək üçün hər hansı planın olduğunu düşünmürəm. Lakin oradakı bir çox insan ABŞ-dəki vəziyyəti bəyənir və son 10 ildə liberal və mütərəqqi hökuməti və Trüdonu bəyənmir.", - o NBC telekanalına bildirib. Geri dön |