Ana Sayfa > Karusel / Kriminal > “Məşədi Dadaş” məscidinin imamına sui-qəsddə ittiham olunan şəxslə bağlı hökmdən verilən şikayət üzrə məhkəmə başlayıb
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsddə ittiham olunan şəxslə bağlı hökmdən verilən şikayət üzrə məhkəmə başlayıb6-02-2025, 15:35. Yazar: Admin |
“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Apellyasiya şikayəti məhkəmə baxışına verilib. Məhkəmənin baxış iclası fevralın 27-nə təyin edilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşən Hüseynov 18 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib. Geri dön |