Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Primakov Azərbaycandan "Rus Evi"nin qeydiyyata alınması tələbi ilə nota aldığını təsdiqləyib
Ana Sayfa > Karusel / Dünya > Primakov Azərbaycandan "Rus Evi"nin qeydiyyata alınması tələbi ilə nota aldığını təsdiqləyib

Primakov Azərbaycandan "Rus Evi"nin qeydiyyata alınması tələbi ilə nota aldığını təsdiqləyib


6-02-2025, 15:32. Yazar: Admin

 

Bakıdakı “Rus Evi”nin qeydiyyatı yoxdur - "Qanuni əsas olmadığından fəaliyyəti dayandırılmalıdır" - YouTube

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya mədəniyyət mərkəzinin (Rus Evi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə “Rossiya-24” telekanalının efirində bildirib.

"Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir", - deyə Primakov vurğulayıb.

Onun sözlərinə görə, Bakıdakı “Rus evi” icarəyə götürdüyü binanı ay yarım ərzində tərk etməlidir: “Çünki sahibi binanı təcili satmaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar aparılan digər binanın sahibi isə hələlik fasilə götürüb".


Geri dön