Ana Sayfa > Karusel / Sosial > Əmək pensiyaları indeksləşdiriləcək
Əmək pensiyaları indeksləşdiriləcəkBu gün, 16:16. Yazar: Admin |
Əmək pensiyaları indeksləşdiriləcək. Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi: - orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların; - istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Bu Sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir. Geri dön |