Ana Sayfa > Karusel / Dünya > XİN başçısı: ABŞ və Türkiyə rəsmiləri arasında müzakirələrə hazırlıq gedir
XİN başçısı: ABŞ və Türkiyə rəsmiləri arasında müzakirələrə hazırlıq gedirBu gün, 15:04. Yazar: Admin |
“ABŞ və Türkiyə rəsmiləri arasında müzakirələrə hazırlıq gedir. Prezident Rəcəb Tayyib Ərdoğanın özünün də bu məsələlərə dair baxış bucağı var”. Qarabaginfo.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində bildirib. O söyləyib ki, müzakirə olunacaq bütün sənədlər toplanaraq ümumiləşdiriləcək: “Bütün nazirliklər hazırlıqlarını davam etdirir. Yekunda Türkiyənin Xarici İşlər Nazirliyi bütün sənədləri ümumiləşdirəcək. Əsas müzakirə mövzuları arasında ABŞ hökuməti ilə yeni dövr üçün münasibətlərimizin hansı istiqamətdə irəliləyəcəyi, habelə, ticarət, texnologiya, turizm və müdafiə sənayesi ilə bağlı məsələlərdir”. Geri dön |