Ana Sayfa > Karusel / Region > KİV: Paşinyanın partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır
KİV: Paşinyanın partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşırBu gün, 12:23. Yazar: Admin |
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır. Qarabaginfo.az xəbər verir ki, bunu hakim partiyadakı mənbələr bildirib. Qeyd edilib ki, Baş nazir Nikol Paşinyan özünə yaxın adamlara bu barədə danışıb. “Iravunk” qəzeti isə hökumət başçısının partiyadaşlarına istənilən zaman yarana biləcək “fors-major” hallarda hakimiyyəti əllərində saxlamaqla bağlı tapşırıq verdiyini yazıb. “O hətta bəyan edib ki, ən pis halda seçki siyahısına şəxsən özü başçılıq edəcək. Hakim partiyanın üzvləri bu xəbərdən təəccübünü ifadə ediblər. Hazırda onları düşündürən əsas məsələ Paşinyanın bu dəfə kimi qurban verə biləcəyi ilə bağlıdır”, yazıda bildirib. Geri dön |