Ana Sayfa > Karusel / Gündəm > Neftin qiyməti sentyabr ayından bu yana ən yüksək həddə çatdı
Neftin qiyməti sentyabr ayından bu yana ən yüksək həddə çatdı23-11-2020, 16:11. Yazar: Admin |
Koronavirusa qarşı peyvəndin hazırlanması ilə bağlı yaranan nikbinlik ab-havası neft qiymətlərinin artmasında da özünü göstərir. Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 14:10-a olan vəziyyətə görə, “Brent” markalı neftin fevral fyuçersləri 1,64 faiz artaraq 45,81 ABŞ dollarından, yanvar fyuçersləri 1,8 faiz bahalaşaraq 45,78 ABŞ dollarından, WTI markalı neftin yanvar fyuçersləri isə 1,53 faiz bahalaşaraq 43,07 ABŞ dollarından satılıb. Səhərki hərraclarda isə “Brent” markalı neft 2 sentyabr tarixindən bu yana ilk dəfə olaraq 46 ABŞ dollarından daha yüksək qiymətə satılıb. WTI markalı neft də sentyabr ayından sonrakı dövrdə maksimum hədd olan 43,34 dollarından satılıb. Qeyd edək ki, bu gün Böyük Britaniyanın “Astra Zeneca” şirkəti təqdim etdiyi yeni koronavirus dərmanının 70-90 faiz arasında səmərə göstərdiyini bildirib. Həmçinin ABŞ hökumətinin koronavirusla bağlı qərargahında peyvəndlərə dair müşavir Monsəf Sləvi ölkədə koronavirusdan kütləvi peyvənd işlərinin 11 dekabrdan başlaya biləcəyini açıqlayıb. Bununla yanaşı, Yəməndə fəaliyyət göstərən “Ənsər Allah” radikal islamçı təşkilatının Səudiyyə Ərəbistanında neft paylaşma mərkəzini atəşə tutması barədə xəbərlər də neft bazarında əks-səda doğurub. Hərçənd bu əks-sədanın uzun çəkməyəcəyi bildirilir. Geri dön |