Arvad ərinə böyrəyini satdırdı, pulu götürüb sevgilisi ilə qaçdı. Hindistanın Qərbi Benqal şəhərində qadın ərinə qarşı dələduzluqda ittiham olunur. O, əvvəlcə qızının təhsil haqqını ödəmək üçün ərini qara bazarda böyrəyini satmağa məcbur edib. Sonra pulu oğurlayaraq sevgilisi ilə birlikdə qaçıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.
İddiaya görə, qadın aylarla ərini 10 yaşlı qızının kollec təhsilini ödəmək və gələcək evliliyini təşkil etmək üçün böyrəklərindən birini satmağa razı salmağa çalışıb. Əri əvvəlcə bunu etməkdən çəkinsə də, tezliklə bunun düzgün qərar olduğunu düşünməyə başlayıb. Hindistanda insan orqanlarının satışı qeyri-qanuni olduğu üçün o, bir il qara bazarda alıcı axtarıb. Təxminən üç ay əvvəl o, alıcı tapıb. Ağrılı əməliyyat keçirdikdən sonra o, 11500 dollar pulu həyat yoldaşına verib. Qadın isə pulu götürərək sevgilisinin yanına qaçıb.
Arvad ərinə böyrəyini satdırdı, pulu götürüb sevgilisi ilə qaçdı
Hindli qadın sevgilisi ilə sosial şəbəkə vasitəsilə tanış olub və bir müddət ünsiyyətdən sonra onlar romantik münasibətə başlayıblar. Qadın ailəsini tərk edərək sevgilisinin yanına köçməyi planlaşdırıb. Bunun üçün ona külli miqdarda pul lazım olub.
Arvadı pul ilə birlikdə yoxa çıxandan sonra kişi məsələni polisə bildirib. Polis Barakpurda qadının izinə düşüb. Kişi və qızı onu geri qayıtmağa razı salmağa çalışsalar da, o, qayıtmayıb. Tezliklə boşanmaq üçün ərizə verəcəyini bildirib.