Ana Sayfa > Karusel / Dünya > KİV: Şimali Koreya hərbçiləri yanvarın ortalarından Kurskda döyüşlərdə iştirak etmir
KİV: Şimali Koreya hərbçiləri yanvarın ortalarından Kurskda döyüşlərdə iştirak etmirBu gün, 13:21. Yazar: Admin |
“Şimali Koreya qoşunları yanvarın ortalarından cəbhə xəttindəki Kursk bölgəsində döyüşlərdə iştirak etmirlər”. Qarabaginfo.az “Yonhap” agentliyinə istinadən məlumatına görə, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat İdarəsi məlumat yayıb. "Yanvarın ortalarından bəri Kursk bölgəsinə yerləşdirilən Şimali Koreya qoşunlarının döyüşlərdə iştirak etdiyini göstərən heç bir əlamət yoxdur”, - məlumatda qeyd edilib. Bunun səbəblərindən birinin ağır itkilər olduğu bildirilib və əlavə edilib ki, dəqiq səbəbi müəyyən etmək üçün səylər davam edir. Məlumatda "The New York Times"ın Şimali Koreya əsgərlərinin yanvarın ortalarında ağır itkilər səbəbindən cəbhə xəttindən çıxarıldığı da təsdiqlənib. Geri dön |