Ana Sayfa > Karusel / Kriminal > Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimi hökmdən şikayətini geri götürüb

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimi hökmdən şikayətini geri götürüb


Bu gün, 13:20. Yazar: Admin

Mehman Xəlilov

 

Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qarabaginfo.az xəbər veri ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayətini geri götürməsi barədə məhkəməyə ərizə təqdim etdiyi bildirilib.

M. Xəlilovun vəkili deyib ki, zərərçəkən tərəflə danışıqlar getdiyi üçün bu addım atılıb: “Tərəflər arasında barışıqla bağlı danışıqlar gedir və müsbət istiqamətdə irəliləyiş var. Bu addım yüngülləşdirici hal kimi qəbul edilməsi üçün atılıb”.

Məhkəmə müşvarirə edib və ərizə qəbul edilib.

Qeyd edək ki, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Daha sonra istintaq dövründə Mehman Xəlilova verilən ittiham dəyişdirilərək 120.2.4-cü(xüsusi amansızlıqla adam öldürmə) maddəsinə ittiham verilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib.


Geri dön