Ana Sayfa > Karusel / Region > “Həmin paltarın PKK-ya aid olduğunu bilmirdim”
“Həmin paltarın PKK-ya aid olduğunu bilmirdim”Bu gün, 10:04. Yazar: Admin |
Türkiyəli aktrisa Melisa Sözen 2016-ci ildə çəkildiyi filmə görə ifadəyə çağırılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Habertürk”ə istinadən xəbər verir. Bildirilib ki, buna səbəb onun Fransa istehsalı “Le Bureau des Legends” serialının üçüncü sezonunda terror təşkilatı PKK/YPG-nin formasını geyinməsi olub. Məlumata görə, Sezen haqqında məsələ ilə bağlı araşdırma başlayıb və o “terror təşkilatının təbliğatı” ittihamı ilə ifadə verib. “Geyindiyim paltarın belə bir təşkilatı simvolizə etdiyini bilmirdim. Həmin filmdə agent rolunu oynayırdım. Serial Türkiyədə yayımlanmayıb, mən ölkəmi, millətimi sevən biriyəm”, - deyə Melisa ifadəsində deyib. Qeyd edək ki, aktrisa sözügedən layihədə Suriyada İŞİD-ə qarşı döyüşən ikili agent rolunu oynayıb.
Geri dön |