Ana Sayfa > Karusel / Dünya > Aİ ölkələrinin hamısı müdafiə xərclərinin artırılmasının zəruriliyi ilə razılaşıb
Aİ ölkələrinin hamısı müdafiə xərclərinin artırılmasının zəruriliyi ilə razılaşıb4-02-2025, 07:36. Yazar: Admin |
Avropa İttifaqının 27 ölkəsinin hamısının liderləri müdafiə xərclərinin artırılmasının zəruriliyi ilə bağlı razılığa gəliblər. Qarabaginfo.az xəbər verir ki, bunu Aİ-nin Brüsseldə keçirilən qeyri-rəsmi sammitindən sonra keçirilən mətbuat konfransında Avropa Şurasının prezidenti Antonio Koşta deyib. “Bütün ölkələr razılaşdılar ki, müdafiə üçün daha çox xərcləməliyik və həmçinin müdafiə resurslarını daha səmərəli istifadə etməliyik”, - deyə o bildirib. Geri dön |